Prezident İlham Əliyev ABŞ-ın “Stratfor” analitik mərkəzinin təsisçisi və icraçı direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev ABŞ-ın “Stratfor” analitik mərkəzinin təsisçisi və icraçı direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən ABŞ-da fəaliyyət göstərən “Stratfor” analitik mərkəzinin təsisçisi və icraçı direktoru Corc Fridmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlər, “Stratfor” analitik mərkəzi ilə ölkəmizin müxtəlif analitik mərkəzləri arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.