Prezident İlham Əliyev Astanada Qazax xanlığının 550 illik yubileyi ilə bağlı teatrlaşdırılmış tamaşaya baxıb

Prezident İlham Əliyev Astanada Qazax xanlığının 550 illik yubileyi ilə bağlı teatrlaşdırılmış tamaşaya baxıb

AZƏRTAC xəbər verir ki, sentyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astanada Qazax xanlığının 550 illik yubileyinə həsr olunan teatrlaşdırılmış tamaşaya baxıb.
Tamaşa Astanadakı “Barıs” arenasında nümayiş olunub.
Mədəni tədbirdə Qazax xanlığının yaradılması, onun inkişafı və müxtəlif mərhələləri səhnələşdirilmiş kompozisiya ilə təqdim edilib.