Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini və fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtkeni (ABŞ), İqor Popovu (Rusiya), Jak Foru (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə əlaqədar məsələlər ətrafında fikir mübadiləsi aparılıb.