Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Respublika Günü münasibətilə paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib.
Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb. Dövlətimizin başçısı abidənin önünə əklil qoyub.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Mərasim başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstiqlaliyyət küçəsində və metronun “İçərişəhər” stansiyasının ətrafında görülmüş işlərlə tanış olub.