Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşi qəbul edib. BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əldə olunan nailiyyətləri digər ölkələrə nümunə kimi qiymətləndirib. Görüşdə Azərbaycan ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb və bu əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.