Prezident İlham Əliyev Böyük Britaniya Parlamenti İcmalar Palatasının üzvü, keçmiş müdafiə nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, keçmiş müdafiə naziri Liam Foksu qəbul edib. Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində daha da inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.