Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyni qəbul edib.
İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyn Prezident Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırıb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən humanitar sahədə inkişafından məmnunluq ifadə edilib, ötən il Azərbaycan Respublikası mədəniyyət günlərinin İranda, bu il isə İran İslam Respublikası mədəniyyət günlərinin Azərbaycanda keçirilməsinin əlaqələrimizin daha da genişləndirilməsi işinə töhfə verəcəyi vurğulanıb.
Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.