Prezident İlham Əliyev İsrailin Baş nazirinin müavini, xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən İsrail Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. İsrailin Baş nazirinin müavini, xarici işlər naziri Aviqdor Liberman Azərbaycana səfərindən ötən dövr ərzində ölkəmizdə çox böyük inkişafın şahidi olduğunu deyib. Dövlətimizin başçısı Azərbaycanda quruculuq işlərinin ardıcıl olaraq sürətlə həyata keçirildiyini vurğulayıb. Görüşdə Azərbaycan ilə İsrail arasında əlaqələrin müxtəlif sahələrdə inkişafına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.