Prezident İlham Əliyev Rusiya Federasiyasının nəqliyyat naziri İqor Levitini qəbul edib

Prezident İlham Əliyev Rusiya Federasiyasının nəqliyyat naziri İqor Levitini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Rusiya Federasiyasının nəqliyyat naziri İqor Levitini qəbul edib. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində uğurla inkişaf etdiyi vurğulanıb, Rusiya Federasiyasının nəqliyyat naziri İqor Levitinin Azərbaycana səfərinin bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.