Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qubernator Aleksandr Jilkin ötən il Azərbaycan Prezidenti İlham Əliyevin Həştərxan vilayətinə uğurlu səfərini xatırlayaraq həmin səfər zamanı müzakirə olunan məsələlərin önəmini qeyd edib. Aleksandr Jilkin Həştərxan şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin ucaldıldığı parkın şəhər sakinlərinin sevimli istirahət mərkəzlərindən biri olduğunu deyib.
Görüşdə Azərbaycan ilə Rusiyanın Həştərxan vilayəti arasında iqtisadi, humanitar, sosial, turizm və nəqliyyat sahələrində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub, ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə edilib, əməkdaşlığımızın bundan sonra daha da genişlənəcəyinə əminlik bildirilib.