Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Faruk çelikin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir Faruk çelik Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, ölkələrimizin müvafiq qurumları arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının önəmi qeyd edilib, Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi ilə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlığın səmərəli olacağına əminlik ifadə edilib.
Dövlətimizin başçısı Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.