Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri başa çatıb

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri başa çatıb

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri fevralın 2-də başa çatıb.
Dubayın Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlətimizin başçısını Birləşmiş Ərəb Əmirliklərinin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.