Dünən Heydər Əliyev Fondunun göndərdiyi 42 adda 100-dək kitab Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayon mərkəzindəki Heydər Əliyevin adına Gürcüstan-Azərbaycan Humanitar Universitetinin kitabxanasına hədiyyə edilib. Azərbaycan, gürcü, ingilis və rus dillərindəki kitablar Azərbaycan-Gürcüstan münasibətlərindən, Dağlıq Qarabağ müharibəsinin ağrı-acılarından bəhs edir. Kitabların təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın gürcüstanlı soydaşlarımıza göstərdiyi qayğıdan, ümummilli lider Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımıza doğma münasibətinin Azərbaycan rəhbərliyi tərəfindən davam etdirilməsindən danışıb, qiymətli töhfəyə görə Fonda təşəkkür edib.