Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Azərbaycan-ABŞ Ticarət Palatası idarə heyətinin həmsədri Ceyms Beykeri qəbul edib. Görüşdə Azərbaycan-ABŞ münasibətlərinin digər sahələrdə olduğu kimi, iqtisadi-ticarət sahəsində də uğurla inkişaf etdiyi vurğulanıb, iqtisadi əlaqələrin perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Azərbaycan-ABŞ Ticarət Palatası idarə heyətinin həmsədri Ceyms Beykerin Azərbaycana səfərinin ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri ilə yaxından tanış olmaq üçün yaxşı imkan yaratdığı bildirilib.