Tovuzda qəza: ölən və xəsarət alanlar var

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı xəsarət alan bir neçə nəfər xəstəxanaya aparılarkən, onlardan biri yolda dünyasını dəyişib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.