Ağstafada avtomobil qəzası olub, ölən və xəsarət alan var

Ağstafada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə zamanı xəsarət alan 2 nəfər xəstəxanaya aparılıblar. Onlardan 1-i ölüb, digərinin vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.