Laçında 1,2 ton çətənə kolu məhv edilib

Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində rayonun Hoçaz kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-a bildirilib ki, keçirilən tədbirlər zamanı ümumi çəkisi 1 ton 200 kiloqram olan 782 çətənə kolu məhv edilib.

Faktla bağlı tədbirlər davam etdirilir.