İmişlidə traktorun altında qalan uşaq ölüb

İmişlidə azyaşlı uşağın ölümü ilə nəticələnən hadisə baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, axşam saatlarında rayonun Rəsullu kəndi ərazisində 5 yaşlı Ö.Xəlilov velosipedlə hərəkət edərkən M.Mustafayevin idarə etdiyi traktorun altında qalıb. Ağır xəsarət alan uşaq ölüb.

Bildirilir ki, traktoru idarə edən şəxs ölən uşağın dayısı olub.

Faktla bağlı araşdırma aparılır.