Tovuzda yol-nəqliyyat hadisəsi baş verib

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə hadisə rayonun Köhnəqala kəndi ərazisində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobil traktorun qoşqusuna çırpılıb. Hadisə nəticəsində sürücü Mingəçevir şəhər sakini 34 yaşlı Elzamin Heydərov xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.