15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Qazaxıstanda təşkil olunan UEFA İnkişaf Turnirində son oyuna çıxıb.
AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, millimiz Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Şimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüş rəqib komandanın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-15 turnirdə əvvəlki oyunlarını Qazaxıstan (1:2) və Rusiya (0:13) yığmalarına qarşı keçirib.