Azərbaycanın iki cüdoçusu İspaniya Superkubokunda qızıl medal qazanıb

Valensiyada beynəlxalq təlim-məşq toplanışında iştirak edən Azərbaycanın cüdo millisi İspaniya Superkubokunda qüvvəsini sınayıb.

Cüdo Federasiyasından AZƏRTAC-a bildirilib ki, Zelim Tçkayev (90 kiloqram) və Murad Fətiyev (100 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Qeyd edək ki, beynəlxalq təlim-məşq toplanışı avqustun 22-də başa çatacaq.