AZAL Bakı-Naxçıvan reysinin sərnişinlərinə müraciət edib

Aviadaşımalara artan tələbatı nəzərə alaraq, "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri uçuşdan daha əvvəl əldə etməyi tövsiyə edir. 

Bu barədə AZAL-ın sərnişinlərə müraciətində bildirilir. 

Beləliklə, aviabiletləri əvvəlcədən əldə etmək onlara mümkün narahatlıqların qarşısını almağa kömək edəcək. AZAL-ın rəsmi saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən video-təlimat hazırlayıb.