ABŞ Dövlət Departamenti Əfqanıstan pasportu ilə səyahət edən şəxslər üçün viza verilməsini təcili şəkildə dayandırıb.
AZƏRTAC-ın məlumatına görə, bu barədə qurumun bəyanatında deyilir. Bildirilir ki, Departament ABŞ-ın milli təhlükəsizliyini və ictimai təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımları atır.
Qeyd edək ki, bu addım əfqan əslli şəxsin Vaşinqtonda Milli Qvardiyanın iki əsgərini güllələməsindən sonra atılıb.