Zelenski: Bu gün müvəqqəti işğal olunmuş ərazilərdən, həmçinin Rusiyadan uşaqlar Ukraynaya qayıdırlar

Zelenski: Bu gün müvəqqəti işğal olunmuş ərazilərdən, həmçinin Rusiyadan uşaqlar Ukraynaya qayıdırlar

Bu gün müvəqqəti işğal olunmuş ərazilərdən, həmçinin Rusiyadan uşaqlar Ukraynaya qayıdırlar.

AZƏRTAC xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə “Telegram” kanalında məlumat verib.

O qeyd edib: “Doqquz uşaq, nəvəsini müşayiət edən nənə və xüsusi dəstəyə ehtiyacı olan Oleşki uşaq evinin sakini Anastasiya. Bunlar Xerson, Zaporojye və Krımdan olan uşaqlardır. Valeriya, Marta, Nikolay, Ruslan, Sofiya, David, Aleksey, Oleksandr və uşaqların ən kiçiyi - cəmi 8 yaşında olan Artyom. Hamısı lazımi yardımı alacaqlar.

ABŞ-nin birinci xanımı Melaniya Trampa köməyi və vasitəçiliyi üçün təşəkkür edirəm. Ombudsmana və onun komandasına işlərinə görə minnətdaram. Uşaqların Ukraynaya qayıda bilməsini təmin etmək üçün “Uşaqları geri qaytar!” təşəbbüsü vasitəsilə bizimlə işləyən bütün insanlara təşəkkürümü bildirirəm. Ukrayna uşaqlarının qaytarılması üzrə Beynəlxalq Koalisiya çərçivəsində bizimlə işləyən və kömək edən bütün tərəfdaşlarımıza təşəkkür edirəm. Artıq 2875 uşaq geri qaytarılıb. Biz onların hər birini xatırlayırıq. Onları tapmaq və ailələrinə, dostlarına qaytarmaq üçün əlimizdən gələni edirik”.