Antarktida sahillərindən 855 kilometr məsafədə, Sakit okeanda 5,7 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan şöbəsi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Yeni Zelandiyanın Cənub adasındakı Dunedin şəhərindən 1927 kilometr cənubda yerləşib. Yeraltı təkanlar Bakı vaxtı ilə saat 05:39-da qeydə alınıb.
ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,9, ocağının dərinliyini isə 10 kilometr olaraq qiymətləndirib.