Çempionlar Liqası: “Turan” voleybol klubu qrup mərhələsində ilk oyununa çıxır

Çempionlar Liqası: “Turan” voleybol klubu qrup mərhələsində ilk oyununa çıxır

Qadın voleybolçulardan ibarət "Turan" komandası bu gün CEV Çempionlar Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu İtaliyada "Savino Del Bene" ilə üz-üzə gələcək.

Florensiya şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

"Turan"ın D qrupundakı digər rəqibləri Türkiyənin "Əczaçıbaşı" və Serbiyanın "Tent" komandalarıdır.