İstanbulda baş verən fırtına nəticəsində ölən və xəsarət alanların sayı artıb.
Türkiyə mediası xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb, 38 nəfər xəsarət alıb.
3 yaralının vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, Türkiyədə fırtınalı hava şəraiti bir çox yerlərdə dağıntıya səbəb olub.
17.48
Türkiyənin bir çox hissəsində əsən güclü külək İstanbulda da fəsadlar törədib
“NTV” xəbər verir ki, Esenyurtda küləyin uçurduğu dam iki nəfərin üzərinə düşüb və həmin şəxslərin ölümünə səbəb olub. Hadisə nəticəsində daha 9 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Bununla yanaşı, külək səbəbindən evlərin damları uçub, ağaclar aşıb.
İstanbulun Çatalca adlı hissəsində isə Saat Qülləsi küləyin təsirindən aşıb. Aşan qüllə parçalara ayrılıb. Xoşbəxtlikdən insident nəticəsində xəsarət alan olmayıb.