Ötən ilin iyunundan bəri “Brent” markalı neftin qiyməti ilk dəfə 81 dolları keçib

Ötən ilin iyunundan bəri “Brent” markalı neftin qiyməti ilk dəfə 81 dolları keçib

Yaxın Şərqdə gərginliyin artması fonunda ticarət həftəsinin əvvəlində ICE birjasında “Brent” markalı neftin qiyməti 12,2% artıb.

AZƏRTAC xəbər verir ki, Bakı vaxtı ilə saat 03:02-yə olan məlumatlara görə, neftin qiyməti 2025-ci il iyunun 23-dən bəri ilk dəfə bir barel üçün 81,79 dollara satılıb.