Brüssel Rusiyadan karbohidrogen tədarükünü kəsməklə Avropanın enerji təhlükəsizliyini məhvə sürükləyir.
AZƏRTAC xəbər verir ki, bu fikri Macarıstanın xarici işlər naziri Peter Siyyarto Serbiya teleradiosuna müsahibəsində səsləndirib. “Avropa İttifaqı və Brüssel hazırda özünü Rusiyanın enerji mənbələrindən təcrid edərək, Avropanın enerji təhlükəsizliyini nəhəng çəkiclə məhv edir”, - deyə o bildirib.