ABŞ Prezidenti Donald Tramp ölkədən dizel yanacağı ixracına qadağa qoyulması ehtimalını nəzərdən keçirdiklərini bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Amerika lideri “Fox News”un aparıcısı ilə danışarkən bildirib.
Tramp məsələni administrasiyası ilə birlikdə “son dərəcə ciddi şəkildə” araşdırdıqlarını deyib.
Prezident belə bir qərarın ölkədə avtomobillər üçün benzinin qiymətinin müəyyən qədər artmasına səbəb ola biləcəyini qeyd edib.