Yaxın Şərqdəki gərginliyə görə Londonun Qetvik aeroportunda ləngimələr qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, qrafikdən kənaraçıxmalar həm gələn, həm də gedən reyslərdə qeydə alınıb.
Aeroportun nümayəndəsi bildirib ki, vəziyyət tez-tez dəyişir. Yaxın Şərq regionu ölkələri hava məkanlarında müxtəlif məhdudiyyətlər tətbiq edir. Bu səbəbdən uçuşlar məhdudiyyətlərə uyğunlaşdırılır.
Oxşar vəziyyət digər Avropa hava limanlarında da müşahidə edilir.