"Formula 2": Bakıdakı yarışda ilk qəza baş verib

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində ilk qəza baş verib.

"Report"un məlumatına görə, "MP Motorsport" komandasında çıxış edən Klement Novalakın bolidi sərbəst yürüş zamanı divara çırpılıb.

Nəticədə qırmızı bayraq qaldırılıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-dək davam edəcək.