Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul edib. Görüşdə ölkəmizdə idmanın bütün sahələrinin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərin əhəmiyyəti vurğulanıb, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda, o cümlədən London Yay Olimpiya Oyunlarında əldə etdiyi uğurlar yüksək qiymətləndirilib, ölkəmizin müvafiq qurumları ilə Avropa Olimpiya Komitəsi arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.