Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin “VPS Healthcare” şirkətinin direktoru ilə görüşüb

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin “VPS Healthcare” şirkətinin direktoru ilə görüşüb

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Birləşmiş Ərəb Əmirliklərinin “VPS Healthcare” şirkətinin direktoru Şamşir Vayalil ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında yüksək səviyyəli əməkdaşlığın olduğu qeyd edilib. Azərbaycan ilə “VPS Healthcare” şirkəti arasında səhiyyə sahəsində əlaqələrin yaxşı perspektivlərinin olduğu vurğulanıb, bu sahədə əməkdaşlıqla bağlı məsələlər ətrafında müzakirələr aparılıb.