Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Gürcüstanın regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaşvililini qəbul edib.
Görüşdə ölkələrimizin müxtəlif sahələrdə, o cümlədən regional inkişaf və infrastruktur sahəsində uğurlu əməkdaşlığından məmnunluq ifadə olunub. Azərbaycan ilə Gürcüstan arasında həyata keçirilən müxtəlif layihələr, o cümlədən “Bakı-Tbilisi-Qars” dəmiryolu layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb.