Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov AzərTAc-a bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-3-də MDB ölkələri Dövlət Başçılarının Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək Sammitində iştirak etməyəcək. Bu Sammitdə ölkəmizi Azərbaycanın Baş naziri Artur Rasi-zadə təmsil edəcək.