Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir

Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Tatarıstan Respublikasına işgüzar səfərə gəlib.
Dövlətimizin başçısını Kazanın Beynəlxalq aeroportunda Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanov və digər rəsmi şəxslər qarşılayıblar.
Milli geyimli qızlar Prezident İlham Əliyevə duz-çörək təqdim ediblər.