AzərTAc xəbər verir ki, yanvarın 24-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti Şimon Peresin görüşü olub. Görüşdə Azərbaycan-İsrail münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.