Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın dövlət başçısı Serj Sarkisyanla görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın dövlət başçısı Serj Sarkisyanla görüşüb
Dünən Praqada, ABŞ səfirliyinin iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü olub.
Hər iki ölkənin xarici işlər nazirlərinin və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirak etdikləri görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.