Prezident İlham Əliyev Çexiya Respublikasında dövlət səfərindədir
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən çexiya Respublikasına dövlət səfərinə gəlib. Azərbaycanın və çexiyanın dövlət bayraqlarının dalğalandığı Praqanın “Stara Ruzine” Hökumət Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı çexiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olunub.