ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agnetliyinin (ADSEA) sədri Zaur Mikayılov tərəfindən sentyabr ayında həyata keçiriləcək vətəndaş qəbulunun tarixi dəyişdirilib.

AZƏRTAC xəbər verir ki, ADSEA sədri Zaur Mikayılovun sentyabrın 25-də Samux rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi sentyabrın 29-na dəyişdirilib.

Qeyd edək ki, vətəndaş qəbulu Samux rayonunda Samux rayonu və Gəncə şəhərinin sakinləri üçün nəzərdə tutulub.