Şaxta və yanacaq qıtlığı səbəbindən Avropa iki aydan sonra qazsız qala bilər.
Bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, yanacaq böhranının ilkin şərtləri bərpa olunan enerji mənbələrinə keçid və təbii qazın yerli istehsalının azalması idi. Nəticədə ötən il Avropa ölkələrində külək və günəş enerjisinin qeyri-sabitliyi səbəbindən elektrik enerjisi istehsalı aşağı düşüb.
“Qarşıda iki ən soyuq qış ayları var. Ehtimal olunur ki, Avropa qazsız qala bilər”,- məqalədə yazılır.
Ekspertlər bunu Avropanın yeraltı anbarlarından aşağı istifadə, əsas təchizatçılardan məhdud təchizat və mayeləşdirilmiş təbii qaza (LNG) yüksək tələbatı faktorları ilə əlaqələndirirlər.
Nicat Dilqəmli