Avropada təbii qazın qiyməti 999,6 dollara düşüb

Avropada təbii qazın qiyməti 999,6 dollara düşüb

Avropada təbii qazın qiyməti oktyabrın 25-dən bəri ilk dəfə olaraq 999,6 ABŞ dollarına düşüb

TTF (Avropadakı ən böyük hab, Niderlandda yerləşir) indeksi üzrə yanvar fyuçersləri 1000 kubmetr üçün 1045,5 dollar (-2,4%) səviyyəsində başlayıb. Daha sonra "mavi yanacağ"ın qiyməti 999,6 dollara (-6,7%) düşüb.

Xatırladaq ki, ötən gün Avropa İttifaqı ölkələri təbii qazın maksimum mübadilə qiymətini təyin etmək barədə razılığa gəliblər. Onun qiyməti 1 MVt/saat üçün 180 avro təşkil edəcək və bu qərar fevralın 15-də qüvvəyə minəcək.