Azərbaycana gətirilən bəzi avtomobillər vergidən azad edilir

Azərbaycana gətirilən bəzi avtomobillər vergidən azad edilir

Azərbaycana gətirilən hibrid avtomobilləri Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilir.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişikliklərə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.