Mayın 25-26-da Qazaxıstanda V Astana İqtisadi Forumu keçiriləcək. AZƏRTAC-ın da media tərəfdaşı olduğu Forum bu il “Yeni iqtisadi reallıq: şaxələndirmə, innovasiya və bilik iqtisadiyyatı” devizi altında təşkil ediləcək.
Tədbir çərçivəsində “Böyük İpək yolu ölkələri” forumu da keçiriləcək. Forumda Avropa və Asiyanın infrastruktur imkanları, dünya iqtisadiyyatı: innovasiyalar və texnologiya, yaşıl iqtisadiyyat: sosial innovasiyalar, iqtisadi artım və ekologiya mövzuları müzakirə olunacaq.
Astana İqtisadi Forumunda hər il dünyanın 80 ölkəsindən 5 minədək nümayəndə iştirak edir.