4 oktyabr 2018-ci ildən bu günə qədər ilk dəfə “Brent” markalı xam neftin bir bareli 86 dollara qalxıb. yeniazerbaycan.com-un Rusiyanın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, son günlərdə dünya neft qiymətlərindəki artım daha da sürətlənib.
London ICE birjasındakı ticarət məlumatlarına görə, Texas WTI markalı neftin qiyməti 1,46 % bahalaşaraq barreli 83,49 dollara, “Brent” markalı xam neftin qiyməti 1 %-dən çox artaraq 86 dollara yüksəlib.
Xatrıladaq ki, xam neftin qiyməti Avropa və Asiyada təbii qaz və kömür çatışmazlığı səbəbindən elektrik enerjisinə olan tələbatın artması fonunda yüksəlir.