Bu ilin 6 ayında fiziki şəxslərin xarici valyuta alışı satışını üstələyib

Bu ilin 6 ayında fiziki şəxslərin xarici valyuta alışı satışını üstələyib

Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib.

Mərkəzi Bankdan AZƏRTAC-a verilən məlumata görə, bu ilin 6 ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 482 milyon dolları üstələyib.

Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3,8 faiz bəndi azalaraq 2026-cı ilin iyununda 25,6 faizə enib.