Əlavə dəyər vergisinin (ƏDV) qaytarılması ilə bağlı əsasnamə yaxın bir ay ərzində hazır olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Vergilər nazirinin müavini İlkin Vəliyev 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib.
“Əgər hər hansı texniki problem yaranmasa, fevralın 1-dək ƏDV-nin qaytarılması ilə bağlı əsasnamə hazırlanıb təqdim ediləcək. Eyni zamanda, 2021-ci ilədək bütün ictimai-iaşə müəssisələrində nəzarət kassa aparatları quraşdırılacaq”, - deyə o diqqətə çatdırıb.