Hesablama Palatasının əməkdaşı Nəsir Sadıqov İstanbulda məhkəmə sistemli ali audit qurumlarının 3-cü forumunda müşahidəçi qismində iştirak edib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, forumda ali audit qurumlarının korrupsiyaya qarşı mübarizədə rolu və əhəmiyyəti, bu istiqamətdə xarici ölkələrin ali audit qurumlarının təcrübəsi, hüquqi sahələr üzrə müxtəlif məsələlər barədə təqdimatlar olub, qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.
Foruma məhkəmə sistemli ali audit qurumlarını təmsil edən 16 ölkənin, müşahidəçi qismində isə 6 ölkənin ali audit qurumunun nümayəndəsi qatılıb.