Aprelin 11-də keçiriləcək prezident seçkilərində Azərbaycan xalqı müstəqil seçim imkanından istifadə edəcək və gələcək inkişafına səs verəcək. Bunu sechki-2018.az saytına açıqlamasında Qırğızıstan parlamentinin deputatı Almaz Toxtorov deyib.
O, bildirib ki, bu seçkilər, eyni zamanda, sürətlə inkişaf edən Azərbaycan üçün islahatların davamına zəmin yaradacaq.
“Hesab edirəm ki, “Azərbaycan Xalq Cümhuriyyəti İli”ndə keçirilən seçki Azərbaycanda dövlətçiliyin daha da möhkəmlənməsinə xidmət edəcək”, - deyə deputat vurğulayıb.